Petkoviçi Murat Yakın əvəzlədi

Petkoviçi Murat Yakın əvəzlədi
XƏBƏR 9 Avqust 2021 / 13:40 3624
-  A +

İsveçrə millisinin yeni baş məşqçisi müəyyənləşib.

Qol.az yerli federasiyanın mətbuat xidmətinə istinadən xəbər verir ki, komandanı Murat Yakın çalışdıracaq.

46 yaşlı türk əsilli mütəxəssislə DÇ-2022-nin seçmə mərhələsinin sonunadək müqavilə imzalanıb. İsveçrəli çalışdırıcı bu vəzifədə Vladimir Petkoviçi əvəzləyib.

Qeyd edək ki, Murat Yakın son olaraq İsveçrənin "Şaffhauzen" klubunun baş məşqçisi olub.


Qarabağ FK
Son xəbərlər
topaz banner