“Neftçi”nin rəqibinə bir qol bəs etdi

“Neftçi”nin rəqibinə bir qol bəs etdi
XƏBƏR 9 Avqust 2021 / 11:28 1928
-  A +

Finlandiya çempionatında 15-ci turun oyunları keçirilib.

Qol.az xəbər verir ki, Avropa Liqasının 3-cü təsnifat mərhələsində “Neftçi”nin rəqibi olan HİK səfərdə KTP ilə qarşılaşıb. Qarşılaşma Helsinki klubunun minimal hesablı qələbəsiylə başa çatıb – 1:0. Filip Valençiç 23-cü dəqiqədə fərqlənib.

“Neftçi”nin rəqibi bu qələbədən sonra 38 xalla 12 kollektiv arasında zirvədə qərarlaşıb.

Qeyd edək ki, “Neftçi” ilə HİK arasında Bakıda keçirilmiş ilk oyunda qalib müəyyənləşməyib – 2:2. Avqustun 12-də “Bolt Arena”da keçiriləcək cavab oyununa Bakı vaxtı ilə saat 20:00-da start veriləcək.


Son xəbərlər
06.04.26  19:32

Olmadı, Əliyar!

topaz banner