Messi üçün vida mərasimi keçiriləcək

Messi üçün vida mərasimi keçiriləcək
XƏBƏR 7 Avqust 2021 / 18:58 4706
-  A +

"Barselona"dan ayrıldığı rəsmən açıqlanan Lionel Messi üçün sabah vida mərasimi təşkil olunacaq.

Qol.az İspaniya mətbuatına istinadən xəbər verir ki, tədbir "Nou Kamp" stadionunda keçiriləcək. Mərasimin Bakı vaxtı ilə saat 14:00-da başlaması planlaşdırılır.

Qeyd edək ki, Messi 17 il "Barselona"da çıxış edib. 34 yaşlı hücumçu bu müddət ərzində 778 matçda 672 qol vurub və 35 titul qazanıb.

Qarabağ FK
Son xəbərlər
topaz banner