Mariya Stadnikdən tarixi nəticə

Mariya Stadnikdən tarixi nəticə
XƏBƏR 7 Avqust 2021 / 17:28 5509
-  A +

Azərbaycanın qadın güləşisi Mariya Stadnik tarixi nəticəyə imza atıb.

Qol.az xəbər verir ki, 33 yaşlı idmançımız buna Tokio-2020-də bürünc medal qazanmaqla nail olub. Beləliklə, Stadnik karyerası ərzində 4-cü dəfə Olimpiya medalı əldə edib. Nəticədə Mariya Azərbaycan idmanı tarixində ən çox Olimpiya medalı qazanan şəxs olub.

Stadnik daha əvvəl Pekin-2018-də bürünc, London-2012 və Rio-2016-da isə gümüş medal əldə edib.

Son xəbərlər
06.04.26  19:32

Olmadı, Əliyar!

topaz banner