"Bunlar dünya futbolunda təkrar olunan hallardır. Bu cür hadisələrlə həmişə üzləşmişik. Kipr təmsilçiləri ilə Azərbaycan klublarının oyunlarında çox vaxt qarşıdurmalar olub. Mən buna idman prinsipi kimi yanaşıram".
Bu sözləri "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov Kiprdə AEL-lə 1:1 hesablı heç-heçə etdikləri Konfrans Liqasının III təsnifat mərhələsinin ilk oyununda yaşananlar haqqında jurnalistlərə açıqlamasında deyib.
49 yaşlı mütəxəssis matçın əvvəlində artıq insident baş verdiyini xatırladıb: "Bizim köməkçi məşqçilərlə və futbolçularla azarkeşlər arasında qarşıdurma yaşandı. UEFA nümayəndəsinə də bildirildi ki, vəziyyət bir o qədər də yaxşı deyil. Amma sonda elə oldu ki, bir az sakitləşdilər. Oyun ərzində xoşagəlməz ifadələr eşidirdik. Buna baxmayaraq səbrli və təmkinli idik. Fikrimiz, diqqətimiz qarşılaşmaya yönəlmişdi. Bərabərlik qolundan sonra isə ara bir az da qarışdı".
Təcrübəli baş məşqçi bildirib ki, futbolçular da emosiyalarını qoruyub saxlaya bilməyiblər: "Sevincləri həddindən artıq çox oldu və bu, azarkeşləri qıcıqlandırdı. Bəzən biz məşqçilər də aqresiyamızı göstəririk və saxlaya bilmirik. Hər halda heç nədən çəkinmirdik. Ancaq oyunu fikirləşirdik. Bəzən belə hallar futbolçuların böyüməsinə, vətənə sevgisinin artmasına faydalı olur. Mən dünən bir daha bunun şahidi oldum. Hansısa cəza ala bilərik. Futbolçular 3-5 oyunluq cəzalana bilər, amma bunlar onların böyüməsinə fayda verir".
Qurbanov transfer məsələləri ilə bağlı da danışıb və bir neçə futbolçu ilə danışıq apardıqlarını söyləyib: "Son vaxtlar hər gün futbolçu almağa ümidimiz olub. Bu axşam, sabah "hə" və ya "yox" cavabı verə bilərlər. Danışıqlar çox ciddi formada gedir. Oyunçu götürmək istəyirik. Amma hələ ki, gözləyirik" (Report).
Azərbaycan təmsilçilərinin ilk rəqibləri məlum oldu
Toral Bayramov oynadı, komandası “Şaxtyor”la heç-heçə etdi
Dzeko qalır
Messi komanda yoldaşlarına xüsusi hədiyyə verib
"Sumqayıt" "Kəpəz"lə heç-heçə etdi
"Şamaxı" Qətər klubuna böyük hesabla qalib gəldi
"Real" onunla razılaşdı
"Napoli" yetirməsi ilə yeni müqavilə bağladı
“Sabah” Finlandiyadadır
Türkiyə millisi Millətlər Liqasının qalibi oldu
"Qəbələ"dən ayrılan futbolçu Cənubi Koreya klubunda
Pirlo ilə bağlı araşdırma tələb olundu
PSJ-nin ulduzu yeni müqavilədən imtina etdi
Ərəblər onun üçün 132 milyon avro ödəməyə hazırdır
De Brüyne bu yay “Napoli”ni tərk edə bilər
Osimhen "Qalatasaray" rəhbərliyini sərt tənqid etdi
“Sabah”a KuPS-dan mesaj - Hələ hər şey bitməyib
Ferran Torresin hansı şərtlə satılacağı açıqlandı
Nəriman ehtiyatda qaldı
Messi “MLS ulduzlar matçı”nın heyətindən çıxarıldı
"Bayer"dən yeni transfer
"Bəzi yeni oyunçuların yolunu gözləyirik" - Kaxaber Sxadadze
"KuPS" "Sabah"la oyundan əvvəl qələbə qazandı
Mourinyo Vinisiusun gedişinə qarşı çıxdı
"Neftçi"nin qadınlardan ibarət komandası PAOK-a uduzdu
"Kəpəz"də zambiyalı futbolçu - Rəsmi
"Qəbələ" "Şəfa" ilə heç-heçə etdi
Azərbaycan klubu kamerunlu yarımmüdafiəçi aldı
"Əl-Hilal"dan 64 milyon avroluq transfer
Lukaş Fabianski karyerasını başa vurdu
Kamilo Duran "Milan"a da qol vurdu
Tanınmış hücumçu bu kluba keçdi
"Real"ın 100 milyonluq təklifi rədd edildi
Rəqibi təpiklədi, 5 illik cəza aldı
"Mançester Siti" Xusanovla müqaviləni uzatdı
Rodri "Real"la razılaşdı
"Everton" Qeyeni yola saldı
PSJ-dən "Atletiko"ya
Bakıdakı oyun avrokuboklarda TOP-5-ə düşdü
DÇ-2026-nın qəhrəmanının yeni klubu müəyyənləşdi
Urfan Abbasov "Kəpəz"də
“Qarabağ” azarkeşləri üçün biletlər satışa çıxarılır
Donnarumma uşaqlıq sevgilisi ilə evləndi - Şəkillər
Azərbaycanı dünya çempionatında təmsil edəcək hakimlər
Messinin Braziliya kökləri üzə çıxdı