Eriksen meydana dönəcəyi tarixi açıqladı

Eriksen meydana dönəcəyi tarixi açıqladı
XƏBƏR 6 Avqust 2021 / 13:25 2926
-  A +

İki aydır yaşıl meydanlardan uzaqda qalan "İnter"in futbolçusu Kristian Eriksen oyuna çıxa biləcəyi vaxtı açıqlayıb.

Qol.az xəbər verir ki, Danimarka millisinin üzvü "Corriere dello Sport"a açıqlamasında deyib: "4-5 aydan sonra oynamağa başlayacağam. Hər şey yaxşıdır".

İki gündür "İnter"in düşərgəsinə qoşulan 29 yaşlı futbolçu burada da danimarkalı həkimlərin nəzarəti ilə müalicə olunacaq.

Xatırladaq ki, Avro-2020-nin qrup mərhələsində iyunun 12-də keçirilən Danimarka – Finlandiya görüşünün ilk hissəsində huşunu itirən Erikseni 15 dəqiqəlik tibbi müdaxilədən sonra həyata qaytarmaq mümkün olmuşdu.

Son xəbərlər
06.04.26  19:32

Olmadı, Əliyar!

topaz banner