“Mançester Siti” Qrilişlə müqavilə imzaladı

“Mançester Siti” Qrilişlə müqavilə imzaladı
XƏBƏR 6 Avqust 2021 / 10:40 2161
-  A +

“Mançester Siti” heyətini yeni futbolçu ilə gücləndirib.

Qol.az xəbər verir ki, “şəhərlilər” “Aston Villa”dan Cek Qrilişin keçidini tamamlayıb. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. 25 yaşlı yarımmüdafiəçi ilə 2027-ci ilin yayına qədər müqavilə imzalanıb. Qriliş “Mançester Siti”də 10 nömrəli formada çıxış edəcək. Britaniya mətbuatı "Siti"nin bu transfer üçün 100 milyon funt-sterlinq ödəyəcəyini yazır. 

Qeyd edək ki, Qriliş 2012-ci ildən "Aston Villa"da oynayırdı.


Qarabağ FK
Son xəbərlər
topaz banner