"AEL-in işi asan olmayacaq. Oyunçularımıza inanıram. Onlar bu gecə yaxşı nəticə əldə edə biləcəklər. AEL əsas futbolçularını saxlayan, keyfiyyətli transfer edən və ilk növbədə çox müsbət olan bir neçə komandadan biridir. Bu sıx komandadır, yeni oyunçuların uyğunlaşması üçün çox vaxt lazım deyil, buna görə də güclüdürlər".
Qol.az xəbər verir ki, bu sözləri AEL-inin sabiq futbolçusu Xristos Germanos AEL-in Konfrans Liqasının 3-cü təsnifat mərhələsinində evdə "Qarabağ"a qarşı keçirəcəyi ilk oyun öncəsi "SPOR FM 95.0"a danışarkən deyib.
O, Ağdam təmsilçisinin baş məşqçisi Qurban Qurbanovun matç öncəsi söylədiyi fikirlərə də münasibət bildirib: "Qurbanov rəqibi ciddiyə almasaydı, qeyri -peşəkarlıq olardı. Bəlkə bu cür açıqlaması ilə oyunçularını matça daha yaxşı kökləmək istəyib".
Germanos "bu gün hansı nəticə olacaq" sualına belə cavab verib: "AEL-in qələbə qazanacağını düşünürəm. Onlar "Omoniya" ilə birlikdə hazırda ən stabil komandalardır. Buna görə qələbəyə inanıram".
Hakimi itələsə də, cəzasız qaldı - Video
“Tottenhem” onun stadiona girişinə qadağa qoydu
“Araz Saatlı”nın 7 qollu qələbəsi - Video
Tarixi "poker"dən 16 il keçir
Premyer Liqa klubları onu hədəfə aldı
"Oyun haqda çox danışmağa ehtiyac yoxdur" - Fizuli Məmmədov
“Qarabağ” - “Karvan-Yevlax” oyununda qol yağış kimi yağdı
Renat Dadaşovun komandası heç-heçəyə razılaşdı
“Ağdaş” səfərdə, “Araz Saatlı” evdə qələbə qazandı
Olmadı, Əliyar!
"Mançester Yunayted"dən "Qalatasaray"a keçə bilər
Qvardiola qərar verməyə tələsmir
Arbeloa "Bavariya"dan danışdı
Azərbaycan millisi Moldova yığmasına qalib gəldi
“Qarabağ” - “Karvan-Yevlax”: Heyətlər
Kapitan "Mançester Siti"dən gedir
"Sevilya" polisdən kömək istədi
"Fənərbaxça"da ciddi itki
Klopp: "Enfild" üçün darıxıram"
Meydana “Meydan” gəlir…
Azərbaycan millisinə 23 futbolçu çağırıldı
"Liverpul"da Slotla bağlı təcili iclas
FİFA rəhbərliyinin maaşı nə qədər olub?
Şəmkirli 22 yaşlı gənc “1001 Sevinc”dən avtomobil qazandı