"Tokio-2020-də xalqın dəstəyini hiss etdim"

"Tokio-2020-də xalqın dəstəyini hiss etdim"
XƏBƏR 4 Avqust 2021 / 19:19 3717
-  A +

“Tokio-2020”-də çıxışım zamanı doğma Azərbaycan xalqının dəstəyini hiss edirdim. Buna görə Azərbaycan xalqına təşəkkürümü bildirirəm.

Bunu Olimpiya Oyunlarında Ukraynaya gümüş medal qazandıran azərbaycanlı güləşçi Pərviz Nəsibov söyləyib.

P.Nəsibov bildirib ki, tezliklə Azərbaycana gələcək və doğulub böyüdüyü Ağstafa rayonunda olacaq, ölkəmizin səfalı yerlərini gəzəcək.

“Azərbaycan xalqının mənə dəstək verdiyini gördüm və hiss etdim. Bütün bunlar mənim üçün çox qiymətli və xoşdur. Mən doğma Azərbaycan xalqını sevirəm”, - deyə Pərviz Nəsibov əlavə edib.

Qeyd edək ki, Pərviz Nəsibov Ağstafa rayonunda doğulub, 6 yaşına kimi orada yaşayıb. Sonra ailəsi ilə birgə Ukraynanın Nikolayev vilayətinə köçüb. (Azərtac)


Son xəbərlər
06.04.26  19:32

Olmadı, Əliyar!

topaz banner