"Qarabağ"ı yaxşı tanıyırıq" - AEL-in baş məşqçisi

"Qarabağ"ı  yaxşı tanıyırıq" - AEL-in baş məşqçisi
XƏBƏR 3 Avqust 2021 / 13:19 2704
-  A +

"Bəzi oyunçuların geri dönməsi bizim üçün vacibdir. Futbolçularıma  güvənirəm, növbəti mərhələyə vəsiqə qazanmaq istəyirik. İlk oyun bizim üçün önəmlidir. Üçüncü təsnifat mərhələsindəyik, bura gəlmək bir məqsəd idi".

Qol.az Kipr mətbuatına istinadən xəbər verir ki, bu sözləri AEL-in baş məşqçisi Duşar Kerkez Konfrans Liqasının 3-cü təsnifat mərhələsində "Qarabağ"la ilk oyun öncəsi deyib.

O, hazırda Ağdam klubu ilə cavab matçı haqqında düşünmədiyini vurğulayıb: "Yalnız ilk qarşılaşmaya köklənmək məntiqlidir. Son oyunda olan bütün oyunçular hazırdır. Avrokuboklarda favorit yoxdur, favoritlər yalnız kağız üzərindədir. Biz "Qarabağ"ı çox yaxşı tanıyırıq. Yaxşı nəticələr üçün azarkeşlərdək dəstək gözləyirik. Əlimizdən gələni etsək, növbəti mərhələyə yüksələ bilərik".

Qeyd edək ki, avqustun 5-i keçiriləcək AEL - "Qarabağ" görüşü Bakı vaxtı ilə saat 21:00-da başlayacaq.


Son xəbərlər
06.04.26  19:32

Olmadı, Əliyar!

topaz banner