“Tottenhem” Keyni cəzalandıracaq

“Tottenhem” Keyni cəzalandıracaq
XƏBƏR 3 Avqust 2021 / 11:10 1439
-  A +

“Tottenhem” futbolçusu Harri Keyni cəzalandıracaq.

Qol.az “Sky Sports”a istinadən xəbər verir ki, 28 yaşlı hücumçunun təyin olunan vaxtda komandanın məşqinə qatılmadığı üçün bu addım atılacaq. Tətildə olan Keyn ötən gün klubun bazasına qayıtmalı olsa da, bunu etməyib.

Bildirilir ki, “Tottenhem” ingiltərəli oyunçunu belə hərəkətinə görə böyük məbləğdə cərimələyib. Lakin xəbərdə hansı məbləğdən söhbət getdiyi qeyd olunmayıb.

Əlavə edək ki, Harri Keynin “Mançester Siti”yə keçmək istəyi ilə əlaqədar məşqə qatılmadığı barədə də məlumatlar yayılıb.


Son xəbərlər
06.04.26  19:32

Olmadı, Əliyar!

topaz banner