Mahirin komandasının pley-offdakı rəqibi bilindi - Çempionlar Liqası

Mahirin komandasının pley-offdakı rəqibi bilindi - Çempionlar Liqası
XƏBƏR 2 Avqust 2021 / 14:29 6864
-  A +

Bu gün Çempionlar Liqasında pley-off mərhələsinin püşkü atılıb.

Qol.az xəbər verir ki, püşk zamanı millimizin üzvü Mahir Emrelinin çıxış etdiyi Polşa “Legiya”sının da bu mərhələdəki potensial rəqibi müəyyənləşib.
 
Varşava təmsilçisi 3-cü mərhələdə Zaqreb “Dinamo”sunu (Xorvatiya) mübarizədən kənarlaşdıracağı təqdirdə, növbəti mərhələdə “Srvena Zvezda” (Serbiya) – “Şerif” (Moldova) cütünün qalibi ilə qarşılaşacaq.

Pley-off mərhələsi
 
"Zalsburq" (Avstriya) – "Brondbü" (Danimarka)

ÇFR (Rumıniya)/"Yanq Boyz" (İsveçrə) – "Ferentsvaroş" (Macarıstan)/"Slaviya" (Çexiya)

"Malmö" (İsveç)/"Reyncers" (Şotlandiya) – "Olimpiakos" (Yunanıstan)/"Ludoqorets" (Bolqarıstan)

"Srvena Zvezda" (Serbiya)/"Şerif" (Moldova) – "Dinamo" (Zaqreb, Xorvatiya)/"Legiya" (Varşava, Polşa)

"Monako" (Fransa)/"Sparta" (Çexiya) – "Genk" (Belçika)/ "Şaxtyor" (Donetsk, Ukrayna)

"Spartak" (Moskva, Rusiya)/"Benfika" (Portuqaliya) – PSV (Niderland)/"Midtyulland" (Danimarka)

Daha çox


Son xəbərlər
03.07.25  19:07

"Napoli"dən La Liqaya

03.07.25  11:56

Falkao klubsuz qaldı