Bəhlul Mustafazadə “Sabah”a təşəkkür etdi: "İndi geriyə boylananda…"

Bəhlul Mustafazadə “Sabah”a təşəkkür etdi: "İndi geriyə boylananda…"
XƏBƏR 1 Avqust 2021 / 15:58 3206
-  A +

“Sabah”dan ayrılaraq “Qarabağ”a keçən Bəhlul Mustafazadə keçmiş klubu ilə vidalaşıb.

Qol.az xəbər verir ki, 23 yaşlı müdafiəçi öz İnstaqram hesabında etdiyi paylaşımda “Sabah”a təşəkkürünü bildirib:
 
“2 il öncə “Sabah”a transfer olunanda karyeramda irəli doğru addım atdığıma əmin idim. “Sabah”da olduğum müddətdə əsas milliyə dəvət aldım, millidə debüt etdim, klubda kapitanlıq sarğısını daşımaq şərəfinə nail oldum. Əlbəttə, müsbət olduğu kimi kədərli məqamlar da oldu. Hansı ki, futbolda bu cür məqamlarla qarşılaşmağımız qaçınılmaz olub. İndi geriyə boylananda, sadəcə onu deyə bilərəm ki, “Sabah”da əvəzsiz təcrübə və çox yaxşı dostlar qazandım. Hər şeyə görə təşəkkürlər, “Sabah”!
 
Qeyd edək ki, Bəhlul Mustafazadə “Qarabağ”la 3 illik müqavilə imzalayıb.

Son xəbərlər
23.04.24  19:30

"Liverpul"da ciddi itki

23.04.24  17:55

Mourinyo əsəbiləşdi

23.04.24  12:53

Aydın finala çıxdı