“Neftçi”nin sabiq üzvü, dünən paytaxt klubunun əvəzedici heyətinin məşqçisi təyin edilən Zaur Tağızadə “ağ-qaralar”ın rəsmi saytına müsahibə verib. Müsahibəni təqdim edirik.
- Zaur, öncə "Neftçi" PFK-nın əvəzedici heyətinə məşqçi vəzifəsinə təyin olunmağınız münasibətilə sizi təbrik edirəm, fəaliyyətinizdə uğurlar arzulayıram. Bilmək istərdim ki, peşəkar futbolçu karyeranızı bu il başa vurmaq planlarınıza daxil idimi?
- Düzünü deyim ki, planımda yox idi. Ən azı 1-2 il də oynamaq istəyirdim. Lakin axır illər tez-tez zədələnirdim, tam qüvvəmlə oynaya bilmirdim.
- Digər klublardan təkliflər alırdınızmı?
- Bəli. Amma onların heç birini qəbul etmirdim. Çünki karyeramı "Neftçi"də başa vurmaq istəyirdim. Hamıya deyirdim ki, sonuncu klubum "Neftçi" olacaq. Və belə də oldu.
- "Neftçi" rəhbərliyinin sizə məşqçi təklifini necə qarşıladınız?
- Klubun prezidenti Sadıq müəllimə minnətdarlığımı bildirirəm. Məşqçi işini o, mənə təklif etdi. Bəzi problemlərim olduğuna görə, rəhbərlikdən fikirləşmək üçün bir qədər möhlət aldım. Düşündükdən sonra öz istəyimlə "Neftçi"yə qayıtdım. Komandaya xeyir vermək istəyirəm.
- Yəqin ki, "Neftçi"yə bağlılığınız da qərarınıza təsir göstərdi?
- "Neftçi" üçün darıxmışdım. Cəmi 5 ay əvvələdək flaqmanın oyunçusu olmağıma baxmayaraq, komandadan kənarda qala bilmirdim. İstər-istəməz hər şey məni "Neftçi"yə tərəf çəkdi. Çünki bu kluba sevgim sonsuzdur.
- Məşqçilik fəalliyətinə nisbətən aşağıdan - əvəzedici heyətin məşqçisi postundan başlamağınız düşünülmüş addımdır, yoxsa sadəcə, belə alınıb?
- Bəli, bu, düşünülmüş addımdır. Futbol mənim üçün yad sahə deyil. Ancaq bu vaxta qədər məşqçi işləməmişəm. Ona görə də fəaliyyətimə əvəzedici heyətdə başlayıb, təcrübə toplamağı məqsəduyğun saydım.
- Əslində, məşqçi işi çox strestlidir, böyük enerji, səbir, diqqət tələb edir. Bu işin məsuliyyətindən ehtiyatlanmırsınız ki?
- Məşqçiliyin məsuliyyətli, çətin iş olduğunu bilirəm. Amma istənilən halda, özümü bu sahədə yoxlayacağam. İnşallah, yəqin ki, nəticə yaxşı olar.
- Artıq "Neftçi"nin görüşlərini kənardan izləyirsiniz. İndiki flaqman sizdə necə təəssürat oyadır?
- Komandanın oyun üslubu olduğu üçün birinci pillədə qərarlaşıb. Əsas odur ki, "Neftçi"nin futbolçuları qol vumağı bacarırlar. Ötən mövsüm bizdə ən böyük problem hücumun "dişsizliyi" idi.
- "Ağ-qaralar"ın çempionluq şansını necə dəyərləndirirsiniz?
- "Neftçi"nin qızıl medalları qazanmaq şansını yüksək qiymətləndirirəm. Komandaya istedadlı, bacarıqlı futbolçular toplaşıblar. Son 5 ildə 1-ci yeri tuta bilməmişik. Bu mövsüm çempion olmalıyıq.
Azərbaycan millisi Maltaya uduzdu
FİFA "pulsuz" satılan biletlərin ödənişini tələb edir
Slot London klubunun təklifini rədd etdi
Azərbaycan klublarının yay transferləri - Yenilənir
Xəyal Əliyev zədələndi, meydanı xərəkdə tərk etdi - Video
Sadıq Sadıqov dünyasını dəyişdi
"Şamaxı" onu da yola saldı
Mbappe artıq ən bahalı futbolçu deyil
Azərbaycan - Malta: Heyətlər
DÇ-2026-nın "ölüm qrupu"nda hansı ölkələr var?
Messi və Son Hın Min eyni komandada
Azərbaycan millisi Macarıstana uduzdu
"Yeni transferlər olacaq" - Zaur Həşimov
Millinin futbolçuları arasında gərginlik - Şəkil
"Neymar sabah müayinədən keçəcək"
"Real" aşağı liqaya düşən klubun futbolçusuna göz dikdi
Misli Premyer Liqası klublarına nə qədər ödəniş ediləcək?
“Şəfa” yeni baş məşqçisini açıqladı - Şəkillər
"Liverpul"dan ayrılan futbolçu "Tottenhem"də - Rəsmi
"Beşiktaş"ın yeni baş məşqçisi açıqlandı
Səhhətində narahatlıq yarandı, millidən ayrıldı
Mehriban Əliyeva Avropa çempionu olan millini təbrik etdi
Əliyar Ağayev və Tural Qurbanova UEFA-dan təyinat
Prezident Minifutbol Federasiyasına 1 milyon manat ayırdı
"Şamaxı" onunla müqaviləni uzatdı
AFFA-da seminar keçirildi
Romada 1 qızıl, 1 bürünc medal
DÇ-2026-da vuvuzela qadağası
Vasili Berezutski istefaya göndərildi
"Benfika"dan "Trabzonspor"a
Daha iki legioner "Karvan-Yevlax"ı tərk etdi
"Mourinyo ilə müqavilə artıq yekunlaşdırılıb" - Peres
Liqa 1 klubu baş məşqçisi ilə yolları ayırdı
Millimizin finaldakı qələbəsi və çempionluq sevinci - Video
İspaniya millisi İraqla bacarmadı
“Liverpul” yeni baş məşqçisini açıqladı
Azərbaycan minifutbol millisi ikiqat Avropa çempionu oldu!
A seriyası klubu baş məşqçisini göndərdi