"Yuventus" Morata ilə bağlı qərarını açıqladı

"Yuventus" Morata ilə bağlı qərarını açıqladı
DÜNYA FUTBOLU 16 İyun 2021 / 00:25 2797
-  A +

"Yuventus" müqavilə ilə "Atletiko"ya məxsus olan Alvaro Moratanın icarə müddətini uzadıb.

Qol.az klubun saytına istinadən xəbər verir ki, ispan hücumçu daha 1 il Turin təmsilçisində icarə əsasında çıxış edəcək.

Qeyd edək ki, Morata ötən ilin sentyabrından "Yuventus"da oynayır. O, ötən mövsüm A seriyasında meydana çıxdığı 32 matçda 11 qol vurub, 9 qolun ötürməsini verib.


Son xəbərlər
02.07.25  14:35

PFL 17 yaşında