Cüdoçumuz dünya çempionatında bürünc medal qazandı

Cüdoçumuz dünya çempionatında bürünc medal qazandı
CÜDO 6 İyun 2021 / 20:11 1803
-  A +

Bu gün Macarıstanın paytaxtı Budapeştdə cüdo üzrə dünya çempionatına start verilib.

Qol.az xəbər verir ki, Azərbaycan cüdoçusu Kəramət Hüseynov yarışın ilk günündə bürünc medal qazanıb. 

60 kq çəki dərəcəsində mübarizə aparan Hüseynov ilk cəhdində Mohammad Raşnonezadi (İJF) məğlub edərək, 1/16 finala yüksəlib. Bu mərhələdə moldovalı Nikolae Foçanı ippona salan Kəramət 1/8 finala çıxıb. Onun növbəti rəqibi Yaponiya təmsilçisi Ryuji Nagayama olub. Adlı-sanlı rəqibi ilə dueldən qalib ayrılan Hüseynov növbəti mərhələyə çıxıb. İdmançımız yarımfinala gedən yolda uğurun ardını gətirə bilməyib. O, Fransa təmsilçisi ilə görüşdə üstünlük qazanmasına baxmayaraq, cərimə xalları ilə uduzub.

Mübarizəni təsəlliverici mərhələdə davam etdirən Hüseynov bürünc medal uğrunda ilk sınağında Monqolustan təmsilçisi ilə qarşılaşıb və qələbə qazanıb. Ardından Qazaxıstan təmsilçisi Şəmsəddin Magzhanı məğlub edən cüdoçumuz bürünc medala sahib çıxıb.


Daha çox


Son xəbərlər
21.12.24  17:52

Tovuzda heç-heçə

21.12.24  13:57

Sane qərarını verdi