Ramosa İngiltərədən iki illik təklif

Ramosa İngiltərədən iki illik təklif
XƏBƏR 1 İyun 2021 / 10:05 3246
-  A +

“Real”dan ayrılacağı gözlənilən Serxio Ramos karyerasını İngiltərədə davam etdirə bilər.

Qol.az ESPN-ə istinadən xəbər verir ki, 35 yaşlı müdafiəçini “Mançester Siti” heyətinə qatmaqda israrlıdır. Ramos  “kral klubu”ndan ayrılacağı təqdirdə, Mançester təmsilçisi ona 2 illik müqavilə təklif edəcək.

Madrid klubu  isə futbolçu ilə bu ay başa çatacaq sözləşməni yeniləmək üçün razılığa gəlməyib. Ona görə də ispaniyalı oyunçunun yayda klubu tərk edəcəyi gözlənilir.

Qeyd edək ki, Ramos 2005-ci ildən “Real”da oynayır.


Son xəbərlər
04.04.26  14:17

Kadidən 40-cı qol

topaz banner