Birinci divizionda limitlə bağlı qərarlar açıqlandı

Birinci divizionda limitlə bağlı qərarlar açıqlandı
XƏBƏR 31 May 2021 / 19:06 1444
-  A +

Bu gün AFFA-nın İcraiyyə Komitəsinin videokonfrans formatında iclası keçirilib.

Qol.az AFFA-nın saytına istinadən xəbər verir ki, iclas zamanı  birinci divizionda limit 5 nəfər təvəllüdü 2000-ci ilə qədər olan futbolçu, 6 nəfər yaş məhdudiyyəti olmadan müəyyən edilib. Yaş məhdudiyyəti tətbiq olunmayan 6 futbolçudan 2-si legioner ola bilər.
 
Əvəzedici komandası Birinci Divizionda və qadınlardan ibarət komandaları müvafiq liqalarda iştirak etməyən klubların 2020-2021-ci il mövsümü üçün nəzərdə tutulan müvafiq cəriməsi COVİD-19 pandemiyası ilə əlaqədar ləğv olunub. 2021-2022-ci il mövsümündə əvəzedici komandasının birinci divizionda iştirakını təsdiq etməyən klub müvafiq qaydada 150.000 (yüz əlli min) AZN cərimə məbləğini 3 ay ərzində ödəməlidir. Əvəzedici komandası Birinci Divizionda iştirak edən hər bir kluba AFFA tərəfindən 50.000 (əlli min) AZN ödəniləcək.

Daha çox


Son xəbərlər
topaz banner