Aquero tibbi müayinədən keçir

Aquero tibbi müayinədən keçir
XƏBƏR 31 May 2021 / 15:35 1279
-  A +

"Mançester Siti"dən ayrılan Serxio Aquero bu gün "Barselona" üçün tibbi müayinədən keçir.

Qol.az xəbər verir ki, bu barədə "Deportes Cuarto" məlumat yayıb. 32 yaşlı hücumçu Kataloniyanın mərkəzindəki otellərdən birinin yanında öz menecerləri ilə birgə bir maşına minib. Futbolçu Barselonadakı "Creu Blanca" adlı klinikaya müraciət edib. Qısa müddət ərzində "Barselona" ilə argentinalı oyunçu arasında müqavilə imzalanacağı gözlənilir.

Qeyd edək ki, Aquero ötən gün "şəhərlilər"lə vidalaşıb.

Son xəbərlər
topaz banner