"Bavariya"nın futbolçusu Robert Levandovski Bundesliqada Herd Müllerin rekordunu qırması barədə danışıb.
Qol.az xəbər verir ki, 32 yaşlı hücumçu yarışın 1 mövsümündə 41 qol vurmaqla turnirin indiyədək ən yaxşı göstəriciyə sahib olan oyunçusu Herd Mülleri (40 qol) geridə qoyub və yeni rekord müəyyənləşdirib. Polşalı oyunçu bu uğuru ilə bağlı goal.com-a açıqlamasında deyib:
"Mən sırf bir neçə rekorda köklənməmişəm. Yeni şanslar yarananda heç kimin bacarmadığına nail olmağa çalışıram və bu, məni irəliləməyə həvəsləndirir. Fikrimcə, sevdiyin işi görsən, ağlasığmaz hədəflərə çata bilərsən. Düzü, heç kimin bu rekorda yaxınlaşmayacağını düşünürdüm. Üstəlik, zədə səbəbindən bir neçə oyunu buraxdığımı nəzərə alaq. Ümumiyyətlə, bu rəqəmlərin böyüklüyünün fərqinə varmıram".
Qeyd edək ki, Levandovski Bundesliqanın 2020/21 mövsümündə 29 matçda 41 qol vurub və 7 qolun ötürməsini verib.
Leau zəddəsini sağaltdı
Kadidən 40-cı qol
“Zirə”nin 25-ci qələbəsi
"Qarabağ" - "Sabah" oyunundakı qollar - Video
"Zirə" Azərbaycan çempionu oldu
"Zirə" "Turan Tovuz"u belə məğlub etdi - Video
İllərdir futbolumuzda belə anşlaq olmurdu - Video
"Finala çıxdığımızı düşünmürəm" - Rəşad Sadıqov
"Şəfa" büdrədi, "Şahdağ Qusar" qalib gəldi
“Haqqımız Əliyar Ağayevin haramı olsun” - Video
Luçeskunun durumu açıqlandı
Qattuzo istefaya göndərilməsindən danışdı
"Qarabağ" - "Sabah": Heyətlər
"Baku Open" şahmat festivalı keçiriləcək
Messinin DÇ-2026-da iştirakı sual altındadır
Premyer Liqanın ən yaxşı oyunçusu seçildi