“Real”ın futbolçusu Kərim Benzema uzun müddətdən sonra Fransa millisinə dəvət almasından danışıb.
Qol.az “Daily Mail”ə istinadən xəbər verir ki, 33 yaşlı hücumçu milliyə qayıdışına hər zaman inandığını deyib:
“İnamımı itirmədim, təslim olmadım. Əks halda burada olmazdım. Vəziyyətdən son dərəcə məyus oldum, psixoloji cəhətdən mənim üçün çox çətin idi. Yolumda çoxlu maneələr var idi. Ancaq bu, karyeramın bir hissəsidir. Həmişə mübarizə aparmalı idim. İndi mükafatlandırılmışam.
Peşmanlıq həmişə olacaq, amma demək istəyirəm ki, keçmiş onsuz da bitib, geri dönüş olmayacaq. Ən vacibi futbol meydanında etdiyim işdir. Tamamilə komandaya xeyir verə biləcəyim oyuna köklənmişəm”.
Xatırladaq ki, Benzema millidəki sabiq komanda yoldaşı Matye Valbuenanı şantaj etməkdə ittiham olunduğu üçün 2015-ci ildən Fransa yığmasından uzaqlaşdırılmışdı və indiyə kimi milliyə çağırılmırdı.
Leau zəddəsini sağaltdı
Kadidən 40-cı qol
“Zirə”nin 25-ci qələbəsi
"Qarabağ" - "Sabah" oyunundakı qollar - Video
"Zirə" Azərbaycan çempionu oldu
"Zirə" "Turan Tovuz"u belə məğlub etdi - Video
İllərdir futbolumuzda belə anşlaq olmurdu - Video
"Finala çıxdığımızı düşünmürəm" - Rəşad Sadıqov
"Şəfa" büdrədi, "Şahdağ Qusar" qalib gəldi
“Haqqımız Əliyar Ağayevin haramı olsun” - Video
Luçeskunun durumu açıqlandı
Qattuzo istefaya göndərilməsindən danışdı
"Qarabağ" - "Sabah": Heyətlər
"Baku Open" şahmat festivalı keçiriləcək
Messinin DÇ-2026-da iştirakı sual altındadır
Premyer Liqanın ən yaxşı oyunçusu seçildi