Üçü "Çelsi", biri "Mançester Siti"dən

Üçü "Çelsi", biri "Mançester Siti"dən
XƏBƏR 30 May 2021 / 10:30 2393
-  A +

Çempionlar Liqasında “Çelsi” və “Mançester Siti” komandaları arasında keçirilən final matçından sonra həftənin ən yaxşı futbolçusu adına namizədlər məlum olub.

Qol.az UEFA-nın saytına istinadən xəbər verir ki, ən yaxşı adına “Mançester Siti”dən Fil Foden, “Çelsi”dən Nqolo Kante, Ris Ceyms və Kay Haverts namizəd göstərilib.

Qalib qitə futbol qurumunun rəsmi saytında azarkeşlər arasında keçirilən səsvermə nəticəsində müəyyənləşəcək.

Xatırladaq ki, həlledici görüşdə “Çelsi” 1:0 hesablı qələbə qazanaraq ÇL-in qalibi olub.


Son xəbərlər
topaz banner