"Azərbaycanla oyun xüsusi idi" - Türkiyə millisinin üzvü

"Azərbaycanla oyun xüsusi idi" - Türkiyə millisinin üzvü
XƏBƏR 29 May 2021 / 18:35 2310
-  A +

Türkiyə millisinin və "Sassuolo"nun futbolçusu Kaan Ayhan mətbuat konfransı keçirib və jurnalistlərin suallarını cavablandırıb.

Qol.az xəbər verir ki, 27 yaşlı mərkəz müdafiəçisi iki gün əvvəl Azərbaycan yığmasına qarşı keçirilən yoldaşlıq görüşü barədə də danışıb. O, qarşılaşmaya yaxşı başlamadıqlarını etiraf edib:

“Böyük yığmalara qarşı uğurlu oyunlar sərgiləmişik. AVRO-2020-də də bunu təkrarlaya bilərik. Azərbaycanla oyun mənim üçün xüsusi idi. Çünki bu görüşə kapitan kimi meydana çıxmışdım. Oyuna yaxşı başlamadıq. Bunu hamımız bilirik. Amma matçın gedişində dəyişikliklər etdik. İnşallah, Avro-2020-də bu matçların faydasını görərik”.

Qeyd edək ki, Alanyada keçirilən Türkiyə - Azərbaycan oyununda meydan sahibləri 2:1 hesablı qələbə qazanıb.


Son xəbərlər
topaz banner