Ronaldo Pirlo ilə vidalaşdı

Ronaldo Pirlo ilə vidalaşdı
XƏBƏR 29 May 2021 / 14:50 8717
-  A +

"Yuventus"un futbolçusu Kriştiano Ronaldo ötən gün istefaya göndərilən baş məşqçi Andrea Pirlo ilə vidalaşıb.

Qol.az xəbər verir ki, 36 yaşlı hücumçu bu barədə öz İnstaqram hesabında paylaşım edib. O, 41 yaşlı mütəxəssislə birgə fotosunu paylaşıb və yazıb: "Təşəkkür edirəm, maestro. Sizin baş məşqçiliyiniz altında oynamaq şərəfli idi".

Qeyd edək ki, Pirlo Turin təmsilçisini cəmi 1 mövsüm çalışdırıb. Komanda onun baş məşqçiliyi ilə İtaliya kubokunu və Superkubokunu qazanıb.


Son xəbərlər
topaz banner