Mourinyodan Ronaldoya dəvət

Mourinyodan Ronaldoya dəvət
XƏBƏR 28 May 2021 / 18:35 6363
-  A +

"Roma"nın baş məşqçisi Joze Mourinyo "Yuventus"un futbolçusu Kriştiano Ronaldo ilə danışıqlar aparır.

Qol.az "Sportmediaset"ə istinadən xəbər verir ki, o, 36 yaşlı hücumçunun Turin təmsilçisindən ayrılacağı haqda yayılan məlumatların dəqiq olub-olmadığını və futbolçunun gələcək planlarını öyrənmək istəyir. Portuqaliyalı çalışdırıcı oyunçunun "Roma"ya keçid variantını da nəzərdən keçirməyi düşünür. Mourinyo Ronalonun paytaxt klubunda daha çox qazanacağını fikirləşir və buna görə də onu klubuna dəvət etmək istəyir.

Qeyd edək ki, Ronaldo başa çatan mövsüm A seriyasında 33 matçda 29 qol vurub. Bununla da o, yarışın bombardiri olub.

Son xəbərlər
topaz banner