"Azərbaycanda Türkiyənin qələbələrini izləyəcəyik" - Rövnəq Abdullayev

"Azərbaycanda Türkiyənin qələbələrini izləyəcəyik" - Rövnəq Abdullayev
XƏBƏR 28 May 2021 / 00:17 1652
-  A +

AFFA prezidenti Rövnəq Abdullayev millimizin Türkiyəyə 1:2 hesabı ilə uduzduğu yoldaşlıq matçından sonra jurnalistlərə açıqlama verib.

Qol.az xəbər verir ki, o, qardaş ölkənin komandasına uğurlar arzulayıb və Türkiyənin Avro-2020-də iki oyununu Bakıda keçirəcəyini xatırladıb:

"İnanıram ki, Romadan qələbə ilə qayıdacaqlar. Azərbaycanda azarkeşlərlə Türkiyənin qələbələrini izləyəcəyik. Onlara qələbələr arzulayıram. Ümid edirəm ki, Bakıdakı oyunlarda uğurlu çıxış edəcəklər və azərbaycanlı azarkeşləri sevindirəcəklər".


Son xəbərlər
topaz banner