“Yoldaşlıq görüşü idi. Yeni oyunçuları görmək istəyirdik. Hazırda toplanış dönəmindəyik”.
Qol.az xəbər verir ki, bu sözləri Türkiyə millisinin baş məşqçisi Şenol Günəş Azərbaycanla keçirilən yoldaşlıq görüşündən sonra təşkil edilən mətbuat konfransında deyib.
2:1 hesablı qələbəni şərh edən 69 yaşlı mütəxəssis yoldaşlıq matçı olmasına baxmayaraq, qalib gəlməyin gözəl olduğunu bildirib: “Komandaya yeni qoşulan futbolçuları sınamaq istəyirik. Bəzilərini riskə atmaqdan qorxuruq. Futbolçular hələ istirahət ab-havasındadırlar. Amma istənilən halda qələbə qazanmaq hər zaman gözəldir. Əsas odur ki, bir çox oyunçuları bu gün sınadır. Azərbaycan son üç oyuna qədər çətinliklə məğlub olan komandadır. Gücündən yaxşı yararlanan komandadır. Bizi səhvə vadar etdilər, təhlükəli hücumlara çıxdılar. Hesabda geri düşsək də, qələbə qazanmağı bacardıq. Rəqibin gücündən fərqli olaraq, bizim üçün dərs oldu. İtaliya, Uels, İsveçrə ilə görüşlər fərqli olacaq”.
Ş.Günəş oyunda zədələnən iki futbolçusunun durumunun ciddi olmadığını qeyd edib: "Rəqib bizə çətin anlar yaşatdı. Qardaş komanda ilə dostluq görüşü keçirdik. Düzdür, iki zədəlimiz oldu. Amma çox ciddi görünmür. Bu cür matçlarda zədələnməmək önəmlidir. 224 məğlubiyyəti olan Türkiyə yığmasının 225-ci qələbəsi xeyirli olsun. Bunu Azərbaycana qarşı əldə etdik. Bunun qardaş ölkə ilə matçda reallaşmasının xatirəsi önəmli olacaq. Rəqibin bu qədər hücuma çıxacağını gözləmirdik. Bu baxmdan hücumlarımızın uğurlu olduğunu deyə bilmərəm”.
Həm oyun nəticələri, həm maliyyə göstəriciləri pisləşir
Həftənin hakimləri açıqlandı
Xankəndidə vurulan qollar - Video
“Messiyə belə yox deyərdim”
38 ildən sonra doğma stadionuna qayıtdı
Bu gün Xankəndidə yaşananlar - Şəkillər
“Real”ın ən yaxşısı seçildi
Veteran futbolçu Xankəndi ilə bağlı xatirələrini bölüşdü
“Bu stadionda çox qollar vurmuşam” - Samir Ələkbərov
“Gələn mövsüm çempionluq üçün mübarizə aparacağıq” - Nəcəfov
Tarixi oyunda topa ilk toxunuşu şəhid övladı etdi - Şəkil
“Xankəndi” doğma stadionda ilk oyununa çıxdı
“Real” Tçuameni ilə müqaviləni uzatdı
Azərbaycan millisinin heyəti açıqlandı
Hakimə daş atan futbolçu 8 il futboldan uzaqlaşdırıldı
Kompani səhhətindəki problemlərdən sonra ilk dəfə danışdı
“Real”ın sabiq futbolçusu karyerasını başa vurdu
“Millimizə sürətli vingerlər lazımdır” – Mircavadov
"Sabah”ın futbolçusu məyusluğunu gizlətmədi
Millimizin üzvləri məktəblilərlə görüşdü - Şəkillər
PSJ-dən Markinyos qərarı
İnfantino gizli danışıqlar aparıb
Avropa Klublar İttifaqı UEFA-dan şikayət etdi
Kvaratsxeliya 2026-cı ilin adamı seçildi