Türkiyə millisinin iki futbolçusu zədələndi

Türkiyə millisinin iki futbolçusu zədələndi
XƏBƏR 27 May 2021 / 22:44 3007
-  A +

Hazırda millimizlə yoldaşlıq oyununda üz-üzə gələn Türkiyə millisinin iki futbolçusu sıradan çıxıb.

Qol.az xəbər verir ki, əvvəlcə qapıçı Altay Bayındır zədələnib. Millidə ilk oyununa çıxan gənc qolkiper görüşün 73-cü dəqiqəsində əvəzlənməyini istəyib. Bundan sonra baş məşqçi Şenol Günəş onu əvəzləyib.

Matçın 78-ci dəqiqəsində isə Halil Akbunar zədələnib. Millimizin müdafiəçisi Təmkin Xəlilzadə oyun epizodunda 27 yaşlı yarımmüdafiəçinin ayağına xəsarət yetirib. O, 80-ci dəqiqədə Ozan Tufanla əvəzlənib. Futbolçu meydanı xərəklə tərk edib.

Zədəlilərin durumu ciddi olarsa, Türkiyə millisi Avro-2020 öncəsi itkilərlə üzləşə bilər.

Son xəbərlər
topaz banner