PSJ-nin çalışdırıcısı Maurisio Poçettino sabiq klubu “Tottenhem”ə baş məşqçilik edə bilər.
Qol.az Britaniya mətbuatına istinadən xəbər verir ki, London təmsilçisinin rəhbərliyi 49 yaşlı mütəxəssislə danışıqlar aparır. Klub Poçettinonu geri qaytarmaq istəyir. Argentinalı çalışdırıcının özü də yenidən “Tottenhem”də işləməyə müsbət yanaşır.
PSJ isə 1 il ərzində 2-ci dəfə baş məşqçi dəyişmək niyyətində deyil. Ona görə də Paris klubu bu vəzifəyə qışda gətirdiyi Poçettino ilə yolları aırmağı düşünmür. Komanda mütəxəssisin rəhbərliyi altında bu mövsüm Fransa kubokunu və Superkubokunu qazanıb. Lakin PSJ Liqa 1-də “Lill”dən geri qalıb və 2-ci olub.
“Tottenhem” isə ötən ay Joze Mourinyonu istefaya göndərəndən sonra müvvəqqəti olaraq baş məşqçi vəzifəsinə 29 yaşlı Rayan Maysonu gətirib.
Qeyd edək ki, Poçettino 2014-2019-cu illərdə “Tottenhem”ə baş məşqçilik edib.
Leau zəddəsini sağaltdı
Kadidən 40-cı qol
“Zirə”nin 25-ci qələbəsi
"Qarabağ" - "Sabah" oyunundakı qollar - Video
"Zirə" Azərbaycan çempionu oldu
"Zirə" "Turan Tovuz"u belə məğlub etdi - Video
İllərdir futbolumuzda belə anşlaq olmurdu - Video
"Finala çıxdığımızı düşünmürəm" - Rəşad Sadıqov
"Şəfa" büdrədi, "Şahdağ Qusar" qalib gəldi
“Haqqımız Əliyar Ağayevin haramı olsun” - Video
Luçeskunun durumu açıqlandı
Qattuzo istefaya göndərilməsindən danışdı
"Qarabağ" - "Sabah": Heyətlər
"Baku Open" şahmat festivalı keçiriləcək
Messinin DÇ-2026-da iştirakı sual altındadır
Premyer Liqanın ən yaxşı oyunçusu seçildi
Qattuzo istefaya göndərildi
"Turan Tovuz" - "Zirə": Heyətlər
Arteta İngiltərədə ən yaxşı məşqçi seçildi
Luçeskunun ürəyi tutuldu
"Fənərbaxça"nın futbolçusu azadlığa buraxıldı