Kaxaber Sxadadzenin yeni iş yeri

Kaxaber Sxadadzenin yeni iş yeri
XƏBƏR 27 May 2021 / 14:47 3809
-  A +

Gürcüstanlı məşqçi Kaxaber Sxadadzenin yeni iş yeri məlum olub. 

Qol.az xəbər verir ki, o, ölkəsində "Dinamo" (Tbilisi) komandasını çalışdıracaq. Bu barədə klubun rəsmi Feysbuk səhifəsi məlumat yayıb. Tərəflər arasında yaxında rəsmi müqavilə imzalanacaq.

Qeyd edək ki, Kaxaber Sxadadze Azərbaycanda 2008-ci ildə "Standard"a, 2009 - 2014-cü illərdə isə "İnter"ə baş məşqçilik edib. Onun son iş yeri Qazaxıstanın "Ordabaşı" komandası olub.


Son xəbərlər
topaz banner