Millimiz neçəncidir? - FİFA-nın yeni reytinqi

Millimiz neçəncidir? - FİFA-nın yeni reytinqi
XƏBƏR 27 May 2021 / 11:59 2691
-  A +

FİFA milli komandaların yeni reytinq siyahısını açıqlayıb.

Qol.az  xəbər verir ki, Azərbaycan millisinin mövqeyində dəyişiklik olmayıb. Canni de Byazinin baş məşqçisi olduğu komanda 1168.53 xalla hazırda 110-cu pillədə qərarlaşıb.

Yığmamızın DÇ-2022-nin seçmə mərhələsindəki rəqiblərindən Portuqaliya 1166.12 xalla 5-ci, Serbiya 1512.90 xalla 25-ci, İrlandiya 1427.22 xalla 47-ci, Lüksemburq isə 1244.86 xalla 96-cı yerdədir.

Qeyd edək ki, siyahıya Belçika (1783.38 xal) başçılıq edir. Fransa (1757.3) 2-ci , Braziliya (1742.65) 3-cüdür.


Son xəbərlər
topaz banner