Luçeskunun oğlunun yeni iş yeri

Luçeskunun oğlunun yeni iş yeri
XƏBƏR 27 May 2021 / 11:09 1512
-  A +

"Dinamo"nun (Kiyev) baş məşqçisi Mirça Luçeskunun oğlu Rezvan Luçeskunun yeni iş yeri məlum olub.

Qol.az xəbər verir ki, 52 yaşlı mütəxəssis PAOK-a baş məşqçisi təyin olunub. Bu barədə Yunanıstan təmsilçisinin saytı məlumat yayıb. Tərəflər 3 illik müqavilə imzalayıblar.

Luçesku 2017-19-cu illərdə də PAOK-a baş məşqçilik edib. Komanda rumıniyalı çalışdırıcının rəhbərliyi altında 1 dəfə yerli liqada çempionu olub və 2 dəfə ölkə kubokunu qazanıb.

Qeyd edək ki, Rezvan Luçeskunun son iş yeri “Əl-Hilal” (Səudiyyə Ərəbistanı) olub. O, bu komandanı 2019-cu ildən bu ilin fevral ayına kimi çalışdırıb.


Son xəbərlər
topaz banner