"Ziyafət, əl yükü, hava limanı... Kubokdakı qələbəni belə qeyd etdim. Çox qeyd etməyə vaxt yoxdur. İndi hava limanındayam".
Qol.az xəbər verir ki, bu sözləri "Keşlə"nin qapıçısı Stanislav Namaşko Moldova mətbuatına açıqlamasında deyib.
"Çempionat bizim üçün uğursuz keçdi. Klubun qarşısına qoyulan vəsiqə Avropa kuboklarları və ötən mövsümdən aşağı olmayan yer tutmaq idi. Ancaq sonda istəyimizə çatdıq. Ölkə çempionatında sonuncu pillədə qurtulduq və avrokuboklara vəsiqə qazandıq. Yəni rəhbərlik tərəfindən qoyulan tapşırıq yerinə yetirildi. Futbol ili qeyri-bərabər keçdi, yaxşı oyunlar da, uğursuzluqlar da oldu. Sonluq yenə də layiqli oldu, ölkə kuboku qazandıq” - deyə o bildirib.
"Keşlə" ilə müqaviləsi başa çatmaq üzrə olan Namaşko gələcəyi barədə danışmaq istəməyib.
Moldova millisinin qapıçısı Azərbaycan millisi ilə iyunun 6-da Kişinyovda keçirəcəkləri yoxlama oyunu barədə də fikirlərini bildirib: "Azərbaycanda 4 il birlikdə oynadığım uşaqları görmək xoş olacaq. Bəziləri ilə komanda yoldaşı, bəziləri ilə rəqib olmuşam. "Keşlə"dən milliyə dəvət alan Şəhriyar Əliyev və Azər Salahlı ilə danışmışam. Onlarla Kişinyovda görüşəcəyik. İdman həyatımda yollarımn kəsişdiyi futbolçuları görmək həmişə xoşdur".
Leau zəddəsini sağaltdı
Kadidən 40-cı qol
“Zirə”nin 25-ci qələbəsi
"Qarabağ" - "Sabah" oyunundakı qollar - Video
"Zirə" Azərbaycan çempionu oldu
"Zirə" "Turan Tovuz"u belə məğlub etdi - Video
İllərdir futbolumuzda belə anşlaq olmurdu - Video
"Finala çıxdığımızı düşünmürəm" - Rəşad Sadıqov
"Şəfa" büdrədi, "Şahdağ Qusar" qalib gəldi
“Haqqımız Əliyar Ağayevin haramı olsun” - Video
Luçeskunun durumu açıqlandı
Qattuzo istefaya göndərilməsindən danışdı
"Qarabağ" - "Sabah": Heyətlər
"Baku Open" şahmat festivalı keçiriləcək
Messinin DÇ-2026-da iştirakı sual altındadır
Premyer Liqanın ən yaxşı oyunçusu seçildi
Qattuzo istefaya göndərildi
"Turan Tovuz" - "Zirə": Heyətlər
Arteta İngiltərədə ən yaxşı məşqçi seçildi
Luçeskunun ürəyi tutuldu
"Fənərbaxça"nın futbolçusu azadlığa buraxıldı