“Hazırda zədə və digər səbəblərdən bizimlə birlikdə olmayanlar var. İyunun 1-də yekun heyəti açıqladıqdan sonra 26 futbolçu ilə hazırlaşa biləcəyik. 4 oyunçunun heyətdən kənarda qalması məyusedicidir. Oyunçular özlərini göstərmək üçün həyəcanlıdırlar. Bu, xoşuma gəlir. 30 futbolçu eyni şeyi düşünür. Bu önəmlidir. Onları bir ürək kimi görürəm".
Qol.az xəbər verir ki, bu sözləri Türkiyə millisinin baş məşqçisi Şenol Günəş Azərbaycanla sabahkı yoxlama oyunu öncəsi keçirilən mətbuat konfransında deyib.
"Azərbaycanla qarşılaşacağıq. Onlara "xoş gəldiniz" deyirəm. Biz tək millət, iki dövlətik. Azərbaycanla oyun mütləq keçirilməli idi. Əslində keçən il onlarla oynamalı idik. Həmin vaxt alınmadı. Amma verdiyimiz söz var idi. Azərbaycan millisini yaxından tanımıram. “Qarabağ”ın oyunlarını izləmişəm. Bu mövsüm “Neftçi” çempion oldu. Oynayacağımız komandanın oyunçuların çoxu yerli çempionatda çıxış edən futbolçulardır. Onlar da yaxından tanımaq istəyirik. Müdafiə olan komandalar çətinlik yaradır. Azərbaycan çətinliklə uduzan, yaxşı müdafiə olunan komandadır. Asan oyun olmayacaq. Əlimizdən gələnin ən yaxşı edərək gözəl qalibiyyət əldə etmək istəyirik" - deyə o bildirib.
Ş.Günəş Avro-2020-dəki hədəfləri haqda da danışıb. O bildirib ki, arzuları qrupdan çıxmaqdır: "Ondan sonra mümkün qədər irəliləmək istəyirik. Azərbaycandakı azarkeşlərə də iş düşür. Onların bizi dəstəkləməsini istəyirəm. Bu dəstəyin də öz oyunçuları anlayışı çərçivəsində olmasını arzulayıram. İtaliya ilə ilk matçın nəticəsindən asılı olmayaraq, Azərbaycandakı iki görüş bizim üçün çox önəmlidir. Həm azərbaycanlılar, həm də türkiyəlilər üçün qrupdan çıxmaq istəyirik. Hamımızın birlikdə əl-ələ verib, Bakıdakı hər iki görüşdə qələbə qazanaraq sevinməyimizi istəyirəm. Onların dəstəyinə və meydada uğurlu çıxışıma ehtiyacımız var".
Həm oyun nəticələri, həm maliyyə göstəriciləri pisləşir
Həftənin hakimləri açıqlandı
Xankəndidə vurulan qollar - Video
“Messiyə belə yox deyərdim”
38 ildən sonra doğma stadionuna qayıtdı
Bu gün Xankəndidə yaşananlar - Şəkillər
“Real”ın ən yaxşısı seçildi
Veteran futbolçu Xankəndi ilə bağlı xatirələrini bölüşdü
“Bu stadionda çox qollar vurmuşam” - Samir Ələkbərov
“Gələn mövsüm çempionluq üçün mübarizə aparacağıq” - Nəcəfov
Tarixi oyunda topa ilk toxunuşu şəhid övladı etdi - Şəkil
“Xankəndi” doğma stadionda ilk oyununa çıxdı
“Real” Tçuameni ilə müqaviləni uzatdı
Azərbaycan millisinin heyəti açıqlandı
Hakimə daş atan futbolçu 8 il futboldan uzaqlaşdırıldı
Kompani səhhətindəki problemlərdən sonra ilk dəfə danışdı
“Real”ın sabiq futbolçusu karyerasını başa vurdu
“Millimizə sürətli vingerlər lazımdır” – Mircavadov
"Sabah”ın futbolçusu məyusluğunu gizlətmədi
Millimizin üzvləri məktəblilərlə görüşdü - Şəkillər
PSJ-dən Markinyos qərarı
İnfantino gizli danışıqlar aparıb
Avropa Klublar İttifaqı UEFA-dan şikayət etdi
Kvaratsxeliya 2026-cı ilin adamı seçildi