Avro-2020-nin Bakıda keçiriləcək 4 oyununda məhdud sayda tamaşaçının iştirakına rəsmən icazə verilib.
Qol.az xəbər verir ki, bu barədə Nazirlər Kabineti qərar verib.
Daha əvvəl Nazirlər Kabineti yanında Operativ Qərargahın və AVRO-2020-nin yerli təşkilat komitəsinin birgə iclasında UEFA-nın tövsiyələri və Bakı şəhərində pandemiya ilə bağlı mövcud vəziyyət nəzərə alınaraq, Bakıda keçiriləcək 4 oyunun hər birində Bakı Olimpiya Stadionunun ümumi tamaşaçı tutumunun 50 faizi qədər azarkeşin COVID-19-la bağlı müvafiq prosedurların yerinə yetirilməsi şərti ilə iştirak edə biləcəyi barədə qərar qəbul olunub. Qərar yerli azarkeşlərlə yanaşı, oyunlarda iştirak edən milli komandaların mənsub olduğu ölkələrin vətəndaşlarına da şamil olunacaq (viza və koronavirusla bağlı müvafiq tələblərin yerinə yetirilməsi şərti ilə).
Artıq məsələ ilə bağlı bütün zəruri məlumatlar UEFA-ya təqdim olunub.
Qeyd edək ki, AVRO-2020 bu il iyunun 11-dən iyulun 11-dək keçirilməlidir. Təqvimə əsasən, Bakı Olimpiya Stadionu A qrupunun İsveçrə - Uels, Türkiyə - Uels və Türkiyə - İsveçrə qarşılaşmalarına, eləcə də 1/4 final mərhələsinin 1 oyununa ev sahibliyi edəcək.
Leau zəddəsini sağaltdı
Kadidən 40-cı qol
“Zirə”nin 25-ci qələbəsi
"Qarabağ" - "Sabah" oyunundakı qollar - Video
"Zirə" Azərbaycan çempionu oldu
"Zirə" "Turan Tovuz"u belə məğlub etdi - Video
İllərdir futbolumuzda belə anşlaq olmurdu - Video
"Finala çıxdığımızı düşünmürəm" - Rəşad Sadıqov
"Şəfa" büdrədi, "Şahdağ Qusar" qalib gəldi
“Haqqımız Əliyar Ağayevin haramı olsun” - Video
Luçeskunun durumu açıqlandı
Qattuzo istefaya göndərilməsindən danışdı
"Qarabağ" - "Sabah": Heyətlər
"Baku Open" şahmat festivalı keçiriləcək
Messinin DÇ-2026-da iştirakı sual altındadır
Premyer Liqanın ən yaxşı oyunçusu seçildi
Qattuzo istefaya göndərildi
"Turan Tovuz" - "Zirə": Heyətlər
Arteta İngiltərədə ən yaxşı məşqçi seçildi
Luçeskunun ürəyi tutuldu
"Fənərbaxça"nın futbolçusu azadlığa buraxıldı
Harri Keyn sabah oynamayacaq
FİFA finala biletlərin qiymətini kəskin artırdı