"Valensiya"da yeni baş məşqçi

"Valensiya"da yeni baş məşqçi
XƏBƏR 26 May 2021 / 15:31 1817
-  A +

İspaniyanın "Xetafe" klubunun baş məşqçisi Pepe Bordalas istefa verib.

Qol.az xəbər verir ki, bu barədə 57 yaşlı mütəxəssis özü məlumat yayıb. Mətbuat konfransı təşkil edən Bordalas istefa verdiyini açıqlayıb. Klub prezidenti Anxel Torres isə çalışdırıcıya təşəkkür edib.

Bordalas "Valensiya"nı çalışdıracaq. Artıq tərəflərin razılığa gəldiyi və 2 illik müqavilə imzalayacaqları bildirilib. 

Qeyd edək ki, Bordalas 2016-cı ildən "Xetafe"də işləyirdi.

 

 


Son xəbərlər
topaz banner