40 yaşlı Xoakinlə yeni müqavilə imzalandı

40 yaşlı Xoakinlə yeni müqavilə imzalandı
XƏBƏR 25 May 2021 / 19:28 1900
-  A +

İspaniyanın “Betis” klubu kapitan Xoakin Sançesin müqaviləsini yeniləyib.

Qol.az xəbər verir ki, 40 yaşlı yarımmüdafiəçinin yeni sözləşməsi 2022-ci ilin yayına qədərdir. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Qeyd edək ki, İspaniya millisinin sabiq üzvü 2015-ci ildən “Betis”də çıxış edir. O, bu mövsüm La Liqada 27 oyunda 2 qol, 5 məhsuldar ötürmə ilə yadda qalıb.


Son xəbərlər
topaz banner