Qattuzo “Napoli” ilə vidalaşdı

Qattuzo “Napoli” ilə vidalaşdı
XƏBƏR 25 May 2021 / 17:25 1364
-  A +

“Napoli”dən ayrılan Cennaro Qattuzo klubla vidalaşıb.

Qol.az xəbər verir ki, 43 yaşlı mütəxəssis İtaliya təmsilçisinin rəsmi saytına açıqlamasında deyib:

“Napoli”də çox yaxşı bir dövr keçirdim. Bu, bir il yarım gözəldir. “Napoli”yə  olan sevgimi qəlbimdə əbədi saxlayacağam. Bu möhtəşəm komanda ilə işləmək şansı qazandığım üçün kluba təşəkkür edirəm”.

Qeyd edək ki, Qattuzo 2019-cu ilin dekabrından "Napoli"ni çalışdırırdı. Komanda bu mövsüm onun baş məşqçiliyi altında A seriyasını 5-ci pillədə başa vurub.


Son xəbərlər
topaz banner