Azərbaycan kubokunun tarixində ikinci dəfə finalda əzmkar nəticə qeydə alınıb.
Qol.az PFL-in saytına istinadən xəbər verir ki, “Sumqayıt”la qarşılaşan “Keşlə” məğlub duruma düşsə də, iki qol vuraraq oyunda dönüş yaradıb. 1992-ci ildən keçirilən turnirin əvvəlki 26 finalından yalnız birində hesabı açan komanda uduzub. Bu, 2005/06 mövsümünə təsadüf edib. “Karvan” “Qarabağ”la görüşdə ilk qolu vursa da, kuboku Ağdam təmsilçisi qazanıb – 2:1. Digər hallarda isə hesabı açan komandalar hətta qarşılaşmanın taleyi penaltilər seriyasına qədər uzansa da, sonda qalib tərəf olub.
“Keşlə” – “Sumqayıt” görüşündə vurulan erkən qol da Azərbaycan kubokunun finallarında 2-ci ən tez vurulan topdur. Miyusko Boyoviçin 3-cü dəqiqədəki avtoqolu iki il öncə Stiven Monrozun (“Qəbələ”) “Sumqayıt”ın qapısına vurulduğu topla eyni vaxta təsadüf edib. Mütləq rekord isə Roman Axalkatsiyə (“Karvan”) məxsusdur. O, 2005/06 mövsümündə “Qarabağ”la finalın ilk dəqiqəsində qol vurub.
Miyusko Boyoviç Azərbaycan kubokunun finalında avtoqol edən ikinci futbolçu olub. Əvvəlki 26 finalda yalnız bir belə hadisə yaşanıb. 2016/17 mövsümündə Urfan Abbasov (“Qəbələ”) “Qarabağ”la görüşdə avtoqola imza atıb. Amma Abbasovdan fərqli Boyoviç sonradan rəqib qapısına da yol tapmaqla finalda hər iki tərəfə qol vuran ilk oyunçu olub.
Həm oyun nəticələri, həm maliyyə göstəriciləri pisləşir
Həftənin hakimləri açıqlandı
Xankəndidə vurulan qollar - Video
“Messiyə belə yox deyərdim”
38 ildən sonra doğma stadionuna qayıtdı
Bu gün Xankəndidə yaşananlar - Şəkillər
“Real”ın ən yaxşısı seçildi
Veteran futbolçu Xankəndi ilə bağlı xatirələrini bölüşdü
“Bu stadionda çox qollar vurmuşam” - Samir Ələkbərov
“Gələn mövsüm çempionluq üçün mübarizə aparacağıq” - Nəcəfov
Tarixi oyunda topa ilk toxunuşu şəhid övladı etdi - Şəkil
“Xankəndi” doğma stadionda ilk oyununa çıxdı
“Real” Tçuameni ilə müqaviləni uzatdı
Azərbaycan millisinin heyəti açıqlandı
Hakimə daş atan futbolçu 8 il futboldan uzaqlaşdırıldı
Kompani səhhətindəki problemlərdən sonra ilk dəfə danışdı
“Real”ın sabiq futbolçusu karyerasını başa vurdu
“Millimizə sürətli vingerlər lazımdır” – Mircavadov
"Sabah”ın futbolçusu məyusluğunu gizlətmədi
Millimizin üzvləri məktəblilərlə görüşdü - Şəkillər
PSJ-dən Markinyos qərarı
İnfantino gizli danışıqlar aparıb
Avropa Klublar İttifaqı UEFA-dan şikayət etdi