Teymur Rəcəbov yenidən İddiaçılar Turnirində

Teymur Rəcəbov yenidən İddiaçılar Turnirində
XƏBƏR 25 May 2021 / 11:30 992
-  A +

Azərbaycan şahmatçısı Teymur Rəcəbov 2022-ci ildə keçiriləcək İddiaçılar Turnirində iştirak edəcək.

Qol.az xəbər verir ki, bu barədə qərarı FİDE-nin rəsmi saytı məlumat yayıb.

Turnirə seçim prinsiplərinə əsasən 2019-cu ildə keçirilən dünya kubokunun qalibi İddiaçılar turnirində oynamaq hüququ verilib. Teymur kubokdakı qələbəsinə görə ötən il keçirilən turnirdə oynamalı idi. Lakin koronavirus pandemiyasını əsas gətirən qrossmeyster yarışa qatılmaqdan imtina etdi.  FİDE isə ona güzəştə gedərək növbəti turnirə vəsiqə verib. Turnirin digər iştirakçıları hələ müəyyənləşməyib.


Son xəbərlər
topaz banner