"Türkiyə onlara Vətən kimi olan Azərbaycanda oynayacaq" - Petkoviç

"Türkiyə onlara Vətən kimi olan Azərbaycanda oynayacaq" -  Petkoviç
XƏBƏR 25 May 2021 / 10:08 2491
-  A +

“Qrupumuzdakı komandaların hər biri ilə maraqlanmışam. Böyük ambisiyaları var”.

Qol.az xəbər verir ki, bu sözləri İsveçrə millisinin baş məşqçisi Vladimir Petkoviç Avro-2020-dəki rəqibləri haqda danışarkən deyib.

İsveçrə millisi A qrupunda İtaliya ilə Romada, Uels və Türkiyə ilə Bakıda qarşılaşacaq.

Petkoviç matçların keçirilmə yeri baxımından bu oyunların onlar üçün çətin olacağını bildirib. Hətta o, Türkiyənin Vətənində oynayacağını vurğulayıb: “İtaliya matçlarını evdə keçirəcək. Türkiyə, demək olar ki, onlar üçün Vətən kimi olan Azərbaycanda oynayacaq. Beləliklə, işimiz çətin olacaq. Qrupdan çıxmaq bizim üçün yax.; n’tic’ olar. Sonrasına baxarıq”.

Son xəbərlər
topaz banner