Meza Kolli "Keşlə"dəki taleyindən danışdı

Meza Kolli "Keşlə"dəki taleyindən danışdı
XƏBƏR 24 May 2021 / 22:27 3320
-  A +

"Bu oyuna görə çox şadam. Bütün komandanı və məşqçilər heyətini təbrik edirəm. Artıq qələbəni qeyd etməyin vaxtıdır".

Qol.az xəbər verir ki, bu fikirləri jurnalistlərə açıqlamasında "Keşlə"nin futbolçusu Sezar Meza Kolli "Sumqayıt"a 2:1 hesabı ilə qalib gədikləri Azərbaycan kubokunun final oyunu barədə danışarkən deyib.
 
Paraqvaylı yarımmüdafiəçi paytaxt təmsilçisindəki taleyi və "Neftçi"yə mümkün keçidi haqqında hələ heç nə deyə bilməyəcəyini söyləyib: "Sabah axşam klubun Müşahidə Şurasının sədri Zaur Axundovla görüşəcəyəm. Axundov razılıq verməsə, klubda qalacağam".
 
O, "Neftçi"də oynamaq istəyirsinizmi" sualına "baxarıq" deyə cavab verib: "Neftçi"nin baş məşqçisi Samir Abasovun mənim haqqımda dediklərinə görə şadam. O, Azərbaycanın ən yaxşı baş məşqçilərindən biridir".
 
Meza Kolli "Keşlə"nin Konfrans Liqasındakı şansları barədə isə bunları deyib: "Sabah nə olacağını bilmirəm. Bu barədə növbəti gün danışa bilərəm".


Son xəbərlər
topaz banner