Şimali Makedoniyanın paytaxtı Skopyedə 23 yaşadək güləşçilərin Avropa çempionatı sona yaxınlaşır.
Qol.az xəbər verir ki, altıncı yarış günündə 60, 67, 72, 82 və 97 kq-da çıxış edən yunan-Roma güləşçiləri mübarizəyə qoşulub. Həsrət Cəfərov ilk mərhələdən rumıniyalı rəqibinə qalib gəlib. Gürcüstan pəhləvanını sonuncu xal prinsipinə əsasən sıradan çıxaran həmyerlimiz yarımfinalda Macarıstan idmançısına minimal fərqlə uduzub.
Rəqib yarımfinaladək heç bir görüş keçirmədiyi üçün, yəni Fransa və Avstriya güləşçiləri xalça üzərinə çıxmadığı üçün Həsrət birbaşa Avropa üçüncüsü ünvanını qazanıb.
Xasay Həsənli Avropa çempionatına İsveçrə güləşçisi üzərində qazandığı inamlı qələbəylə start verib. Ancaq daha sonra böyüklər arasında Avropa ikincisi olmuş erməni rəqibinə məğlub olub. Gənc güləşçimiz təsəlliverici görüşdə isə gürcü həmkarıyla bacarmayıb.
67 kq
1/8 final: Həsrət Cəfərov – Vasile Aleksandru Dosoftey (Rumıniya) 4:1
1/4 final: Həsrət Cəfərov - Joni Xetsuriani (Gürcüstan) *1:1
1/2 final: Həsrət Cəfərov - Kriştian İştvan Vança (Macarıstan) 3:4
Bürünc medal görüşü: Həsrət Cəfərov - Qakik Snjoyan (Fransa) +:-
72 kq
1/8 final: Xasay Həsənli – Mixael Portman (İsveçrə) 8:0
1/4 final: Xasay Həsənli - Malxas Amoyan (Ermənistan) 0:7
Təsəlliverici görüş: Xasay Həsənli - Otar Abuladze (Gürcüstan) 1:5
Həm oyun nəticələri, həm maliyyə göstəriciləri pisləşir
Həftənin hakimləri açıqlandı
Xankəndidə vurulan qollar - Video
“Messiyə belə yox deyərdim”
38 ildən sonra doğma stadionuna qayıtdı
Bu gün Xankəndidə yaşananlar - Şəkillər
“Real”ın ən yaxşısı seçildi
Veteran futbolçu Xankəndi ilə bağlı xatirələrini bölüşdü
“Bu stadionda çox qollar vurmuşam” - Samir Ələkbərov
“Gələn mövsüm çempionluq üçün mübarizə aparacağıq” - Nəcəfov
Tarixi oyunda topa ilk toxunuşu şəhid övladı etdi - Şəkil
“Xankəndi” doğma stadionda ilk oyununa çıxdı
“Real” Tçuameni ilə müqaviləni uzatdı
Azərbaycan millisinin heyəti açıqlandı
Hakimə daş atan futbolçu 8 il futboldan uzaqlaşdırıldı
Kompani səhhətindəki problemlərdən sonra ilk dəfə danışdı
“Real”ın sabiq futbolçusu karyerasını başa vurdu
“Millimizə sürətli vingerlər lazımdır” – Mircavadov
"Sabah”ın futbolçusu məyusluğunu gizlətmədi
Millimizin üzvləri məktəblilərlə görüşdü - Şəkillər
PSJ-dən Markinyos qərarı
İnfantino gizli danışıqlar aparıb
Avropa Klublar İttifaqı UEFA-dan şikayət etdi