"Fənərbaxça"nın Ozan Tufan qərarı

"Fənərbaxça"nın Ozan Tufan  qərarı
XƏBƏR 23 May 2021 / 16:57 3702
-  A +

"Fənərbaxça" futbolçusu Ozan Tufanla bağlı qərarını verib.

Qol.az "NTV Spor" a istinadən xəbər verir ki, İstanbul təmsilçisi 26 yaşlı yarımmüdafiəçini komandada saxlamaq istəyir. "Sarı-lacivərtlilər" Ozanı yalnız yüksək məbləğdə pul təklif edildiyi halda satmağı düşünür. Klubun prezidenti Ali Koç bu məsələ ilə bağlı deyib: "Ozan Tufanı satmırıq. Onun transfer dəyəri 20 milyon avrodur. Kim bu pulu versə, onu alar".

Qeyd edək ki, Ozan Tufan bu mövsüm Superliqada 37 matçda 6 qol vurub və 10 qolun ötürməsini verib.

Son xəbərlər
topaz banner