Nəbiyev Çexiyada daha bir qol vurdu

Nəbiyev Çexiyada daha bir qol vurdu
XƏBƏR 23 May 2021 / 10:20 1708
-  A +

Çexiya 2-ci divizionunda 25-ci turun oyunları keçirilib.

Qol.az xəbər verir ki, azərbaycanlı futbolçu Fərid Nəbiyevin çıxış etdiyi “Viktoriya” (Jijkov) səfərdə “Xrudim”lə qarşılaşıb. Jijkov təmsilçisi bu oyundan qələbə ilə ayrılıb – 5:3.
 
Start heyətdə meydana çıxan Fərid 71-ci dəqiqədə əvəzlənib. O, 55-cu dəqiqədə fərqlənməklə komandasının sonuncu qolunu vurub.
 
Qeyd edək ki, 25 turdan sonra 39 xala malik “Viktoriya” 4-cü pillədə qərarlaşıb.

Son xəbərlər
topaz banner