Messi onlardan forma almadığına peşmandır

Messi onlardan forma almadığına peşmandır
XƏBƏR 22 May 2021 / 14:30 4687
-  A +

"Barselona"nın hücumçusu Lionel Messi forma kolleksiyasında kimin formasını görmək istədiyi barədə danışıb.

Qol.az xəbər verir ki, o, bu barədə "Ole“yə müsahibəsində deyib: "Ronaldo və  Roberto Karlosdan forma istəmədiyimə görə təəssüflənirəm , çünki onlara qarşı oynadım. İndi kolleksiyamda onların köynəklərinin olmasını istərdim".

Argentinalı hücumçu karyerasının əvvəlində onlardan forma istəməyə utandığını söyləyib:
“Yaşım artdıqca forma toplamaq, xatirələr haqqında daha çox düşünməyə başladım. Əvvəllər buna əhəmiyyət vermədim. Qardaşım Mathias bir çox formanı saxladı.


Son xəbərlər
topaz banner