"Onlarla Bakıda görüşmək əladır" - Hondadan paylaşım

"Onlarla Bakıda görüşmək əladır" - Hondadan paylaşım
XƏBƏR 22 May 2021 / 12:58 3666
-  A +

"Neftçi"nin futbolçusu Keysuke Honda Azərbaycanın MMA döyüşçüləri Tofiq Musayev, Vüqar Kərəmov və Rüfət Əsədovla görüşüb.

Qol.az xəbər verir ki, yaponiyalı yarımmüdafiəçi bu görüşdən şəkli özünün "Tvitter" səhifəsində paylaşıb və bu sözləri yazıb: "Onlarla Bakıda görüşmək əladır. Gələn ay Yaponiyada döyüşəcəklər" yazıb.

Qeyd edək ki, Tofiq Musayev iyunun 13-də Yaponiyada "Rizin" yarışında braziliyalı Roberto Satoşi ilə üz-üzə gələcək. Vüqar Kərəmov həmin gün yerli idmançı Yutaka Saito ilə görüşəcək.


Son xəbərlər
topaz banner