Millimizin oyunu azarkeşlərlə keçirilə bilər

Millimizin oyunu azarkeşlərlə keçirilə bilər
XƏBƏR 22 May 2021 / 12:29 2020
-  A +

Azərbaycan və Moldova  arasında Kişinyovda keçiriləcək yoxlama görüşünə azarkeşlər buraxıla bilər.

Qol.az "Moldfootball" nəşrinə istinadən xəbər verir ki, Kişinyov bələdiyyəsinin Fövqəladə Xalq Sağlamlığı Komissiyası idman tədbirlərində tribunaların tutumunun 50 faizinin azarkeşlərlə doldurmağa icazə verib.

Beləliklə, Moldova kubokunun finalı, eləcə də Moldova - Azərbaycan matçı azarkeşlərlə oynanıla bilər.

Qeyd edək ki, Moldova - Azərbaycan oyunu iyunun 6-da "Zimbru" stadionunda keçiriləcək.


Son xəbərlər
topaz banner