Messi məşqə qatılmadı

Messi məşqə qatılmadı
XƏBƏR 21 May 2021 / 13:42 2690
-  A +

“Barseleno”nın kapitanı Lionel Messi La Liqanın son turunda “Eybar”la keçiriləcək oyunu buraxacaq.

Qol.az xəbər verir ki, bu barədə klubun rəsmi saytı məlumat yayıb.

Argentinalı hücumçunun komanda ilə məşq etmədiyi bildirilib. O, baş məqşçi Ronald Kumandan icazə alaraq hazırlıqdan kənarda qalıb.

Qeyd edək ki, son günlər Messinin “Barselona”dan ayrılacağı haqda xəbərlər artmaqdadır. Onun PSJ-yə keçəcəyi bildirilir.


Son xəbərlər
topaz banner