Devid Bekhem “Şöhrət zalı”nda

Devid Bekhem “Şöhrət zalı”nda
XƏBƏR 20 May 2021 / 17:22 1587
-  A +

Daha bir futbolçunun adı İngltərə Premyer Liqasının “Şöhrət zalı”na daxil edilib.

Qol.az xəbər verir ki, bu, “Mançester Yunayted”in sabiq oyunçusu Devid Bekhemdir. Bu barədə qurumun mətbuat xidməti məlumat yayıb.

O, 1993-2003-cü illərdə “qırmızı şeytanlar”da oynayıb. Hazırda “İnter Mayami”nin sahibi olan keçmiş futbolçu Premyer Liqada 265 matçda 62 qol vurub və 80 qolun ötürməsini verib.

Qeyd edək ki, daha əvvəl “Şöhrət zalı”na 7 oyunçunun adı daxil edilib.


Son xəbərlər
topaz banner